AZ

Tehrandan İsrailin regiondakı müttəfiqlərinə təhdid

İran silahlı qüvvələrinin baş qərargahı İsrail ərazisinə raket hücumundan sonra İsrailin regiondakı müttəfiqlərini islam respublikası ilə birbaşa hərbi toqquşmaya girməmək barədə xəbərdarlıq edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, İran ordusunun komandanlığının yaydığı bəyanatda bildirilir: “Rejimin müttəfiqlərinin İrana təcavüz və hücumda birbaşa iştirakı halında, islam respublikasının silahlı qüvvələri regional səviyyədə onların mərkəzlərini və maraqlarını güclü hücuma məruz qoyacaq və onlara tövbə etdirəcək.

Qeyd edək ki, regionda İsrailin strateji müttəfiqi yoxdur, yəhudi dövlətinin əsas müttəfiqləri ABŞ və Avropa dövlətləridir, onlar da öz mövqelərini ortaya qoyublar.

Bu coğrafiyada Təl-Əvivlə az-çox münasibəti olan Azərbaycandır, ancaq Tehranın konkret olaraq hansı dövləti nəzərdə tutduğu qaranlıqdır.

Musavat.com

Seçilən
6
musavat.com

1Mənbələr