AZ

Azərbaycanda DƏHŞƏT: 3 şagird adam bıçaqladı - Ölən və yaralananlar var

Azərbaycanda ard-arda iki gün ərzində 3 məktəbli adam bıçaqlayıb. Ötən gün Şəmkir və Xaçmaz rayonlarında 10-cu sinif şagirdlərinin arasında yaranan hər iki mübahisə bıçaqlanma ilə nəticələnib. Bir nəfər ölüb. 

Sözügedən olayların üstündən bir gün keçmədən bu gün səhər saatlarında Bakının Ramana qəsəbəsində 2008-cü il təvəllüdlü yeniyetmə özündən 4 yaş böyük şəxsə bıçaqla xəsarət yetirib. Bu hadisələr bir daha sübut edir ki, ölkəmizdə kriminalın yaşı getdikcə aşağı düşür və məktəblilərin belə hadisələrdə iştirakı artır.

Bəs şagirdlərin bu həddə çatmasının səbəbi nədir? Övladlarımızı faciənin qurbanı, yaxud iştirakçısı olmaqdan necə qurtara bilərik?  vakansiya

Tanınmış psixoloq Samirə Bağırova “Yeni Sabah”a bu barədə açıqlama verib. O, baş verən hadisələri belə şərh edib:

“Bir çoxu kriminal, əxlaqsızlıq, intihar kimi məsələlərdə sosial şəbəkələri, təhsili, ailəni günahlandırırlar. Təbii ki, cəmiyyətə sağlam şəxsiyyət yetişdirmək üçün tərbiyədə ilk olaraq ailənin və məktəbin rolu çox böyükdür. Amma ailə və məktəb tərbiyəsi zəifdirsə, uşaqların əsl kimliyi cəmiyyət sayəsində yaranır. Cəmiyyət dediyimiz evlə məktəb arasındakı məsafəni qət edərkən, uşağın gördüyü və müşahidə etdiyi, məhəllə kultu, sosial şəbəkə və informasiya toplusu, izlədikləri və sairələr aiddir. Əgər bir yeniyetmə məktəbdə kobud davranırsa, söyüş istifadə edirsə, etik normalarına diqqət etmirsə və buna görə cəzalandırılmırsa, tərbiyəsizliyinə görə məktəbdən xaric olunmursa, bu digər yeniyetmələrin də eyni davranışları təkrar etməsinə yol açır”. 

Psixoloq digər bir səbəbi də açıqlayıb:

“Sürü psixologiyası. Ayrıca olaraq əgər bir müxbir, yaxud xəbər saytı kriminal, boşanma, xəyanət və sairə kimi neqativ xəbərləri paylaşaraq yalnız reytinq düşünürsə, o, öz ölkəsinin, öz xalqının  birinci düşməni hesab olunur. Diqqət etsəniz, məzh Əhməd məsələsindən sonra yeniyetmələr arasında kriminal artmaqdadır. Mən bu yaxınlarda gənclər arasında “ Gizli istəyin nədir“ adlı sorğu keçirdim. 100 nəfərdən 60 nəfər ailəsini öldürmək istədiyini bildirdi. Bu kimi xəbərləri yaymaq nə dərəcədə doğrudur? Sağlam düşünən insanlar çox az olduğundan xəbər saytları düşünürəm ki, diqqətli davranmalıdırlar. Çünki intiharın, boşanmanın, xəyanətin, kriminalın, zorakılığın ilk tətiyini çəkən  onlardır. İnsanların qarşısına zamanla  neqativ xəbərlər təkrar- təkrar çıxdıqca şüuraltı travmasını oyatmış olur”. 

Aytac ŞAHİN 


Telegram kanalımız
Seçilən
71
4
yenisabah.az

5Mənbələr