AZ

İran hücumu təkrarlamağa hazırdır - Baqiri bəyan etdi

"Hərbi Hava Qüvvələri İsrailin çoxsaylı cinayətlərinin qisasını qəhrəmancasına və cəsur hərəkəti ilə aldı”.

Publika.az İRNA-ya istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri deyib.

Ötən 2 ayın İran xalqı və Müqavimət Oxu üçün çətin günlər olduğunu qeyd edən Baqiri əlavə edib: “HƏMAS-ın Tehrandakı siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra amerikalıların, avropalıların və digərlərinin atəşkəsin yaradılmasına kömək etmək üçün təmkin nümayiş etdirməyə çağırışlarına baxmayaraq, biz çətin bir dövr yaşayırıq. Lakin sionist cinayətkar rejim amerikalıların dəstəyi və hətta “yaşıl işıq” yandırmaqla öz cinayətlərinin miqyasını artıraraq Livanda qırğınlar həyata keçirərək “Hizbullah”ın baş katibi Seyid Həsən Nəsrullahı, eləcə də SEPAH-ın Livandakı baş müşaviri Sərdar Nilfuruşanı öldürdü. Vəziyyət artıq dözülməz idi və Allaha şükürlər olsun ki, korpus raket əməliyyatı ilə İsrailin mühüm qalalarını hədəfə aldı. Lakin bu hücumlar zamanı belə İran müvafiq prinsipləri qoruyub və yalnız hava qüvvələri bazalarına hücum edib”.

O əlavə edib ki, hücum zamanı Seyid Həsən Nəsrullahın öldürülməsi əməliyyatının aparıldığı Mossad qərargahı, F35 döyüş təyyarələrinin əsas yeri, Nəvatim aviabazası və Hatzarim hava bazası da daxil olmaqla, üç aviabaza hədəfə alınıb: “Qəzza zolağında tank və əsgər yerləşdirmə mərkəzləri də hədəfə alınıb. Əməliyyat zamanı İsrailin iqtisadi və sənaye infrastrukturu və insanları hədəfə alınmayıb, halbuki bu, tamamilə mümkün idi”.

Baqiriyə görə, İİKK və İran silahlı qüvvələri bu hücumu həm müdafiə, həm də hücumda təkrarlamağa hazırdır:

Seçilən
2
publika.az

1Mənbələr