AZ

Bakı və Xaçmazda bıçaqlanma – Bu iki cinayəti bir-biri ilə nə bağlayır? 

Son zamanlar məktəblilər, yeniyetmələr arasında bıçaqlanma halları artır. Bu gün Bakı və Xaçmazda da eyni cinayət baş verib. Maraqlısı da odur ki, hər iki cinayəti törədənlərin 16 yaşı var. Belə ki, Sabunçu rayonu Ramana qəsəbəsində 16 yaşlı şəxs 20 yaşlı gənci bıçaqla qətlə yetirib. Xaçmazda isə 10-cu sinif şagirdi öz sinif yoldaşına bıçaqla xəsarət yetirib. Bu hal ictimaiyyətdə ciddi narahatlıq yaradır. Bıçaqlanmanın qarşısı necə alınmalıdır?

Məsələ ilə bağlı danışan təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza deyib ki, məktəblərdə bıçaqlanma hallarının artması ötən illərə nisbətən psixoloji söhbətlərin aparılmaması ilə bağlıdır.
R.Rzanın fikrincə, məktəblərdə kifayət qədər psixoloq yoxdur:

“Yerində olanlar da bəzi hallarda mütəxəssis deyillər. Təhsil ocağında mütləq mütəxəssislər olmalı, şagirdlərlə mütəmadi olaraq söhbətlər aparılmalıdır. Məktəblərdə narkomaniyaya meyl etmə, əxlaqsızlıq, dava, bıçaqlanma kimi halların qarşısını 70-80 faiz psixoloq ala bilər. İnkişaf etmiş dövlətlərdə bu cür təcrübələrlə qarşılaşırıq”.

Ekspertin sözlərinə görə, dərsliklərə bəzi əlavələr edilməlidir:

“Ümumiyyətlə, dərsliklərə mədəniyyət, adət-ənənə ilə bağlı dərslər salınmalı, söhbətlər aparılmalıdır. Təhsil ocağında milli duyğuları oyada bilən insanlar olmalıdır. Bu cür metodlar dəsrliklərə əlavə olunarsa, təbii ki, xoşagəlməz halların qarşısı kəskin şəkildə azalacaq”.

Rəşad Rza deyib ki, məktəblərdə dini maarifləndirmə də olmalıdır:

“Təhsil ocaqlarında dini söhbətlər aparılmalıdır. Məktəblərdə bunlar olmadığı halda təbii ki, orada hər şey gözləniləcək. Hətta daha çox pisə doğru gedəcək. Düzdür, psixoloji söhbətlər aparmaq üçün müəyyən ştatlar və mütəxəssislər var, amma kifayət qədər deyil. Həm də görünür, onlar artıq öz işlərini icra edə bilmirlər. Ona görə də dini, milli və psixoloji amilləri birləşdirərək, cinayətlərin qarşısını almaq lazımdır. Bunlar olsa, mütləq cinayət sayında kəskin azalma baş verəcək”./Globalinfo.az


phrase_var_article.chosen
111
1
referans.az

2phrase_var_article.sources