AZ

Milli Məclisdə bu müxalifətçilərə də vəzifə verilib

VII Çağırış Milli Məclisin komitələri, onların rəhbərliyi tam tərkibdə formalaşdırılıb.

Ölkə.Az xəbər verir ki, parlamentin komitələri formalaşdırılarkən, parlamentdə azlıq təşkil edən və müxalifətdən olan deputatlara da vəzifə verilib.

Müxalifətdən olan bəzi deputatlar komitə sədri və komitə sədrinin müavinləri seçilib.

Müxalifətdən olan "Böyük Quruluş" partiyasının sədri Fazil Mustafa İctimai birliklər və dini qurumlar komitəsinin sədri seçilib.

Milli Cəhə partiyasının sədri, deputat Razi Nurullayev parlamentin Aqrar siyasət komitəsinin sədr müavini,
Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini olub.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Əmək və sosial siyasət komitəsinin sədr müavini, 
məşhur ürək həkimi Rəşad Mahmudov Səhiyyə komitəsinin sədr müavini, Jalə Əliyeva Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Könül Nurullayeva Gənclər və idman komitəsi sədr müavini, tanınmış jurnalist Sahib Alıyev  İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini, ADA-nın prorektoru Fariz İsmayılzadə Elm və təhsil komitəsinin sədr müavini, Xalq yazıçısının qızı, diplomat Günay Əfəndiyeva Mədəniyyət komitəsinin sədr müavini seçilib.

Ölkə.Az

Seçilən
2
olke.az

1Mənbələr