AZ

Qayıq batdı, 150 nəfər itkin düşdü

Nigeriyanın Niger əyalətində sərnişinləri daşıyan qayığın batması nəticəsində azı 150 nəfərin itkin düşdüyü bildirilir.

News24.az “Haber Global”a istinadən xəbər verir ki, Nigeriya Dövlət Fövqəladə Hallar İdarəsi Agentliyinin (SEMA) Niger Dövlət Baş direktoru Abdullahi Baba Arah verdiyi açıqlamada, 300 nəfərin olduğu qayığın Mokva bölgəsindəki çayda batdığını qeyd edib.

Arah qəzada ən az 150 nəfərin itkin düşdüyünü, bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Digər tərəfdən yerli mətbuatda yer alan xəbərlərdə qəzadan sonra dalğıcların çox sayda sərnişini xilas etdiyi vurğulanıb.

Teymur Məmmədov



Seçilən
22
3
news24.az

4Mənbələr