AZ

Yağış küçələrdən axır: “Baxış keçiriləcək”- RƏSMİ

Bu gün səhər saatlarından başlayaraq yağan intensiv yağışlar şəhərin müxtəlif küçə və prospektlərində, xüsusəndə “Masazır dairəsi”dən “20 Yanvar” istiqamətində yolun kənarında ticarət obyektlərinin yerləşdiyi ərazilərdə gölməçələrin yaranmasına səbəb olub. 

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AYYDA) Anar Nəcəfli “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq deyib ki, yağış yağarkən sözügedən ərazilərdə xüsusən enişli-yoxuşlu hissələrdə yağış sularının yolun hərəkət hissəsi boyunca axması normal haldır: 

“Burada diqqət edilməli məqam yağışdan sonra suların çəkilməməsidir ki, orda bu hal müşahidə olunmur. Yəni, yağışdan sonra sular geri çəkilir. Eyni zamanda, mütamadi olaraq yollara baxış keçirilir. Xüsusən payız-qış mövsümündə yollar daim nəzarət altında saxlanılır. Əgər hansısa problem yaranarsa, dərhal aradan qaldırılır. Qeyd olunan ərazilərə bir daha baxış keçiriləcək”. 

Seçilən
35
cebheinfo.az

1Mənbələr