Yaxın Şərqdə gərginliyin artması neftin qiymətinə təsir edib.
Sfera.az xəbər verir ki, bir gün əvvəl 70 dollara satılan “Brent” neftinin qiyməti bu gün 75 dollara yüksəlib. Neftin qiyməti bir gündə 7 faizdən çox artıb.
Dünən İran İsrailə qarşı tarixindəki ən böyük hərbi hücumu həyata keçirib. Həm İranın, həm də İsrail tərəfinin açıqlamalarından görünür ki, tərəflərdən heç biri güzəştə getmək istəmir. “Wall Street Journal” yazır ki, İsrail İrana öz ərazisinə istənilən hücuma cavab vermək və nüvə və ya neft obyektlərinə birbaşa hücum etmək niyyəti barədə açıq xəbərdarlıq göndərib.
Əgər İsrail belə bir hücumu həyata keçirərsə, o halda neft qiymətlərində daha böyük artımlar baş verəcək.
Vasif