Müəllif: Tamara Mustafayeva, Banco.az
Avrozonada işsizlik səviyyəsi avqustda 6,4 faizlə dəyişməz qalıb.
Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın avqust ayı üzrə işsizlik göstəricilərini açıqlayıb.
Məlumatlar göstərir ki, Aİ-də iyulda 6 faiz olan mövsümi təsirlərdən kənarlaşdırılmış işsizlik nisbəti avqustda 5,9 faizə geriləyib.
Avrozonada isə iyul ayında 6,4 faiz olan işsizlik səviyyəsi avqust ayında dəyişməz qalıb.
Qeyd edək ki, ötən ilin eyni dövründə işsizlik nisbəti Avrozonada 6,6 faiz, Aİ-də isə 6 faiz olaraq müəyyən edilmişdi.
Avqust ayında işsizlik səviyyəsi İspaniyada 11,3 faiz, Yunanıstanda 9,5 faiz, İsveçdə 8,4 faiz, Finlandiyada isə 8,3 faiz təşkil edib.