AZ

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

“Məlum olduğu kimi, 2025-ci ildə minimum əməkhaqqı və digər sosial ödənişlərin artacağı proqnozlaşdırılır. Pensiyanın orta artım tempi qanunvericiliyə uyğun olaraq, təxminən 8-9 faiz ətrafında olacaq. Sosial müavinətlər 10-15 faiz arasında artırılacaq. Çox güman ki, minimum aylıq əməkhaqqı ilə bağlı da eyni yanaşma tətbiq ediləcək”. Bunu Bakupost.az -a iqtisadçı ekspert Rəşad Həsənov deyib.

 

O bildirib ki, minimum əməkhaqqının 400 manata çatdırılması ehtimalı yüksəkdir. Böyük ehtimal ki, minimum əməkhaqqı 10-15 faiz artaraq 400 manat olacaq:

 

“Ehtiyac meyarı göstəricisi nəzərə alınsa, minimum əməkhaqqı təxminən 600-650 manat olmalıdır. Amma hələlik minimum əməkhaqqı 400 manata çatdırılacaq”.

 

Ekspert vurğulayıb ki, təbii ki, minimum əməkhaqqının artımı digər sektorlara da təsir edəcək:

 

“Birmənalı olaraq özəl sektorda da bu göstəriciyə uyğun olaraq əməkhaqqları artırılmalıdır. Çünki minimum əməkhaqqı göstəricisi dövlət və özəl sektoru əhatə edir”.

Tarix: 2 Oktyabr 2024, 14:21   
Seçilən
62
11
pravda.az

10Mənbələr