AZ

İmamoğlu ilə bağlı "saxta diplom" qalmaqalı böyüyür: Atası da danışdı

Son günlər Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun 1990-cı ildə Şimali Kipr Türk Cümhuriyyətində yaradılmış özəl Girne Amerika Universitetindən İstanbul Universitetinə qanunsuz transfer eilməsi gündəm mövzusuna çevrilib.

Publika.az xəbər verir ki, türkiyəli yazıçı-jurnalist Nedim Şener “Hürriyet” üçün yazdığı məqalədə bildirib ki, məsələni təkzib edən İmamoğlu 1994-cü ildə bitirdiyi İstanbul Universiteti diplomunun real olduğunu açıqlayıb.

Onun sözlərinə görə, müzakirəni yayındırmağa çalışıblar. Jurnalist bir müddət sonra universitetin də səssiz qalmasının səbəblərini aydınlaşdırıb:

“Bunun səbəbi tərəflərin bir müddət susmasından sonra Əkrəm İmamoğlu və yaxınlarının tələsik bir-birinin ardınca açıqlama verməsi ola bilər. Belə ki, köçürmə qanunsuz olarsa, sonradan alınan diplom da qeyri-qanuni, yəni etibarsız olacaq. Əkrəm İmamoğlu da ona yaxın media adamları ilə həqiqəti gizlətmək istəyə bilər”.

Nedim Şener bildirib ki, transfer prosesində həqiqətən də heç bir uyğunsuzluq yoxdursa, İmamoğluna haqsızlıq edilməməsi üçün bu vəziyyətə aydınlıq gətirilməlidir:

“Prezident Ərdoğanın diplomu ilə bağlı da oxşar məsələ gündəmə gələndə Mərmərə Universiteti bütün sənədlərin və diplomun real olduğunu bildirərək müzakirəyə son qoydu. Atası Həsən İmamoğlu belə danışarkən İstanbul Universitetinin və YÖK-ün susması sizə qəribə gəlmirmi? Bununla 1990-cı ildə qeyri-qanuni transferə imza atan heyət, yoxsa Əkrəm İmamoğlu qorunur? İstanbul Universitetinin hazırkı rəhbərliyi və ya YÖK bu məsələni araşdırmalı və həqiqəti ortaya qoymalıdır”.

phrase_var_article.chosen
114
5
publika.az

6phrase_var_article.sources