AZ

İsrail BMT baş katibini "arzuolunmaz şəxs" elan edib

İsrail BMT-nin baş katibi Antonio Quterreşi "persona non qrata" kimi tanıyıb.

 

Modern.az xəbər verir ki, “The Jerusalem Post” İsrail XİN başçısı İsrail Katzın bununla bağlı açıqlamasını yayıb. 

 

Quterreşin ölkəyə girişi qadağandır. Qəzet qeyd edib ki, İsrail hakimiyyəti bu qərarı Quterreşin İranın raket hücumunu “birmənalı şəkildə pisləməkdə uğursuzluğunu” nəzərə alaraq verib.

 

Qeyd edək ki, Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır.

Seçilən
65
2
modern.az

3Mənbələr