AZ

Sloveniyanın xarici işlər naziri: "Netanyahu, bu müharibəni bitir"

Sloveniyanın xarici işlər naziri Tanja Fajon, Avropa Birliyi (AB) ölkələrinin Livan və Qəzzada mülki itkilərin artması və regional müharibədən narahat olduqlarını ifadə edərək, "(İsrailin baş naziri Benyamin) Netanyahu, bu müharibəyə son qoy!"

Turkustan.az xəbər verir ki, Sloveniyanın xarici işlər naziri Fajon İsrail hökumətindən Qəzza və Livandakı qeyri-mütənasib hücumlarını dayandırmasını istəyib.

Aİ ölkələrinin mülki itkilərin artması və böyük regional müharibə ilə bağlı narahatlığını dilə gətirən Fajon, İsraili hücumlarına son qoymağa çağırıb.

"Yerdə gördüyümüz 1 milyondan çox köçkündür. İndi (İsrailin) ​​quru hücumu ilə əlaqədar olaraq, biz bütün tərəfləri təmkinlə hərəkət etməyə, bundan çəkinməyə, mülki insanları qorumağa və müharibəni daha da qızışdırmamağa çağırırıq", - Fajon dedi.

“Biz beynəlxalq hüquqa hörmət edilməsini istəyirik”

Sloveniyalı nazir ölkəsinin və ABŞ-dakı tərəfdaşlarının təcili humanitar atəşkəs üçün səylərini davam etdirdiyini diqqətə çatdırıb.

"Biz bunu həmişə demişik. Qəzzadakı hadisələrin beynəlxalq hüququn pozulması və günahsız dinc əhalinin, uşaq və qadınların öldürülməsi ilə daha da böyüyəcəyini söylədik" deyən Fajon və belə davam edib:

"Bu gün də bunun şahidi oluruq. Buna görə də biz bütün Avropa Birliyi olaraq, xüsusən də Sloveniyada təcili müraciət edirik. Biz zorakılığın dayandırılmasını, mülki şəxslərin müdafiə olunmasını və beynəlxalq hüquqa hörmət edilməsini istəyirik."

Xarici işlər naziri Tanya Fajon İsrail hökumətinə çağırışının nə olduğunu soruşduqda, İsrailin baş naziri Netanyahuya açıq şəkildə müraciət edərək, “Netanyahu, bu müharibəyə son qoy!” deyib

Eltac Zülfüqaroğlu/Turkustan.az

phrase_var_article.chosen
174
50
turkustan.az

10phrase_var_article.sources