AZ

İran-İsrail savaşı qızışır: Mövcud vəziyyət kökündən həll olunmalıdır

İran ərazisindən İsrailə raket zərbələri endirilir. Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. İran tərəfindən İsrailə 100-dən çox ballistik raket atılıb. Hazırda İsrail hava hücumundan müdafiə sistemləri İran raketlərini zərərsizləşdirir. Son məlumata görə, İran İsrailə ümumilikdə 400-dən çox raket atıb.
İsrail mediası isə İranın gecə saatlarında İsrailə raket hücumu nəticəsində 100 evin zərər gördüyünü açıqlayıb.
İsrail Dövlət Televiziyası KAN-ın xəbərində İranın hücumları nəticəsində Hod Haşaronda 100 evin zərər gördüyü, xəsarət alan və can itkisinin olmadığı bildirilib.
Bəzi evlərdə ciddi dağıntıların olduğu və təmir işlərinin uzun sürəcəyi qeyd edilib.
İran İnqilab Keşikçiləri Korpusu İsrailə onlarla ballistik raketlə hücum etdiyini açıqlayıb. Raketlər buraxıldıqdan sonra bütün ölkədə, xüsusən də Tel-Əvivdə sirenlər səslənib.
İsrailin baş naziri Binyamin Netanyahu verdiyi video açıqlamada İranın raket hücumu ilə "böyük səhv etdiyini və əvəzini ödəyəcəyini" vurğulayıb.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a söyləyib ki, bu gün İran və onun proksi qüvvələri İsraillə ideoloji ədavət aparırlar:

“Bölgə geopolitik baxımından sülhü, normal dövlətlərarası münasibətləri bərpa etməyə imkan vermir. İsrailin ətrafı tamamilə onun yox olmasına çalışan qüvvələrlə əhatələnib. Bütün bunlar isə barışın əldə edilmə imkanlarını azaldır. İsrail bir neçə cəbhədə mübarizə aparır. Təkcə HƏMAS qruplaşması deyil, eyni zamanda Livanda "Hizbullah", Yəməndə isə "Husilər" və İranın dəstəklədiyi bir çox proksi qüvvələrlə qarşıdurma vəziyyətindədir. Təbii ki, İran İsraili vurmaqla rəsmi Qüdsün son dövrlə həyata keçirdiyi əməliyyatlara guya cavab verir. Əslində isə mövcud vəziyyət kökündən həll olunmur. Məsələnin tamamilə həll olunması üçün beynəlxalq təşkilatların, böyük güclərin və bir çox ölkələrin barışla bağlı səmimi mövqeyi olmalıdır. Amma Birləşmiş Millətlər Təşkilatı başda olmaqla bir sıra beynəlxalq qurumlar sülhün əldə edilməsinə can atmırlar”.
Seçilən
43
50
sherg.az

10Mənbələr