AZ

Uzaq qohumdansa, işıq pulunu ödəyən qonşu yaxşıdır: 18 il başqa məzilin də...

Kaliforniya sakini təsadüfən anlayıb ki, o, illərdir qonşusunun elektrik pulunu ödəyir.

Publika.az xəbər verir ki, bu barədə "6 ABC" məlumat yayıb.

2006-cı ildən bəri Vakaville yaşayış kompleksində yaşayan Ken Uilson bir neçə ay əvvəl elektrik haqqının durmadan artdığından şübhələnib. Xərcləri azaltmaq üçün Uilson elektrik istifadəsinə nəzarət edən cihaz alıb. Lakin kişi sınaq çərçivəsində işıqları tamamilə söndürdükdən sonra da onun sayğacı işləməyə davam edib.

Sonra amerikalı elektrik təchizatı şirkəti ilə əlaqə saxlayıb və onun mənzilinə bir işçi göndərilib. O, sayğacı yoxlayıb və sahibinin şübhələrinin əsassız olmadığını təsdiqləyib. Şirkətin araşdırmasından sonra məlum olub ki, Uilson ttəxminən 2009-cu ildən qonşu mənzilin də elektrik ödənişlərini edirmiş.

"Nəzarətəsizliyə görə üzr istəyirik və yaranan narahatlığa görə təəssüf edirik", - deyə İşıq İdarəsinin rəsmisi bildirib.

Seçilən
55
publika.az

1Mənbələr