Bakı, 2 oktyabr, AZƏRTAC
Yeni mövsümdə qadın həndbolçular arasında Azərbaycan çempionatında debüt edəcək “Təhsil” komandasının baş məşqçisi müəyyənləşib.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə Olqa Tankaskaya təyin olunub. Onunla 1 illik müqavilə imzalanıb.
66 yaşlı mütəxəssis daha əvvəl Azərbaycanın qadınlardan ibarət əsas yığmasında, eləcə də müxtəlif yaş qrupları üzrə komandalarda köməkçi məşqçi işləyib.