AZ

Məktəblilərin cinayətə meyli artıb: Günah kimdədir? -AÇIQLAMA

Xaçmaz rayonunda bıçaqlanma olub.Rayonun Ləcət kənd orta məktəbinin 11-ci sinif şagirdi sinif yoldaşına bıçaqla xəsarət yetirib.  Məktəbli Xaçmaz xəstəxanasına yerləşdirilib. Müvafiq ekspertiza təyin edilib. Hazırda RPŞ-nin istintaq bölməsində zəruri araşdırmalar aparılır.
Həmçinin, kollecdə tələbə kəllə ilə universitetin şöbə müdirinin burnunu sındırıb. Belə ki, həmin kollecin Meşə və park ixtisasının 3-cü kurs tələbəsi olmuş Sabir Fələliyev sərxoş vəziyyətdə təhsil ocağına gəlib. Həmin gün də kollecdə imtahan təşkil edilib. Bu zaman Qərbi Kaspi Universitetinin Tələbə Məlumat Mərkəzinin şöbə müdiri vəzifəsində işləyən, kollecdə tədris və imtahan prosesinin təşkil olunması ilə bağlı komissiyanın üzvü Urfan Səmədov (soyadı şərti) təqsirləndirilən şəxsə irad bildirərək imtahana maneçilik törətdiyini deyib. Sonra həmin şəxslər kollecin direktor vəzifəsini müvəqqəti icra edən Ziyəddin Musayevin iş otağına gediblər. Mübahisə zamanı Sabir baş zərbəsi ilə Urfan Səmədovun burun nahiyəsindən vuraraq, sındırıb. Hadisədən sonra Sabir Fələliyev saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Hadisələrdən də göründüyü kimi son günlər uşaqlar arasında aqressiya hallarının artması müşahidə olunur. Az qala hər gün hansısa məktəblinin öz həmyaşıdına hücum etməsi, məktəblərdə şiddətli davalarla bağlı xəbərlər və videolar yayılmaqdadır. 
Sual meydana çxır. Məktəblilər, xüsusən də yuxarı sinif şagirdləri arasında aqressiyanın bu qədər artmasının səbəbləri nədir? Ailədaxili şiddətin fəsadları, ərgənliyin spesifik əlamətləri, yoxsa müasir yeniyetmələrin kompüter əsrində zərərli təqlidçiliyi?

Suallarımızı cavablandıran psixoloq Gülnar Orucova "Sherg.az"a söyləyib ki, bəzi təhsil ocaqlarında baş verən bu kimi prosseslərdə birinci növbədə ailə, daha sonra isə məktəb psixoloqları günahkardır:

''Təəssüf ki, məktəb psixoloqlarının fəalliyyət səviyyəsi çox zəifdir. Demək olar ki, ancaq davamiyyət yoxlayırlar, kuryerliklə məşğuldurlar və müəllimlərin əvəzinə iclaslara gedirlər. Dövlət məktəb psixoloqları üçün hansısa proqram, terapiya üsulu vermir. Onların maaşları təxminən 450-500 manat civarında olur. Bu pulnan isə terapiya vernək istəmirlər. Hətta, bəzən psixoloqlar şagirdlərə tapşırır ki, yoxlama olduqda mütləq sizlə danışıqlar apardığımı söyləyin. Bununla da psixoloqların özü şagirdlərə yalan danışmağı öyrədir. İndiki gənclərin aqressiv olmalarını başlıca səbəbi isə həddindən artıq telefona meyilli olmaları, sosial şəbəkələrdə ancaq zəngin həyat yaşayan məşhurlara baxaraq onlar kimi olmaq istəkləridir. Fikrimcə, universitetin şöbə müdirinin burnunu sındıran tələbə töhmət yox, birbaşa məktəbdən çıxardılmalıdır. Bu cəza tətbiqi digərlərinə də ibrət olacaq. Digər bıcaqlanma hadisəsinə gəlincə isə çox ehtimal, bu mərhələyədək şagirdlər arasında mübahisələr baş verib. Çünki insan birini qəfildən bıcaqlaya bilməz. Lakin buna  valideyn, məktəb rəhbərliyi biganə qalıb. Nəticədə bu sonluqla bitib''.

Ekspert vurğulayıb ki, valideynlər övladlarına bahalı smartfon, avtomobil, təhsildən öncə, diqqət və qayğı verməlidirlər:
''Daim övladlarınıza səni çox sevirəm sözünü deməyi unutmayın. Uşaqlarınızı mərhəmətli böyüdün. Onlara istədikləri hər şeyi hazır şəkildə verməyin. Nəyisə özləri mübarizə apararaq qazansınlar. Həmçinin, uşaqlarınızı telefondan maksimum uzaq tutmağa çalışın. Çünki oyunlar, virtual çatlar vasitəsi ilə arzuolunmaz tanışlıqlar yaranır".
phrase_var_article.chosen
75
sherg.az

1phrase_var_article.sources