AZ

“İnflyasiya azalır və yaxın illərdə tək rəqəmli olacaq”

Türkiyədə inflyasiya azalır və yaxın illərdə tək rəqəmli olacağı gözlənilir.

Bunu Türkiyənin maliyyə nazirinin müavini Osman Çelik ölkənin İstanbul şəhərində keçirilən və 13-cü Sığorta Həftəsi çərçivəsində təşkil olunmuş 3-cü Beynəlxalq Sığorta Zirvəsində bildirib.

Bundan başqa, o deyib ki, Türkiyə gələn il üçün 3,5% iqtisadi artım hədəfləyir və 2027-ci ilə qədər adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) dəyərinin 13 min ABŞ dollarından 20 min ABŞ dollarına çatdırılması planlaşdırılır.

Nazir müavini rəqəmsal transformasiya və iqlim dəyişikliyinin sığorta sektoruna təsir edən əsas amillər olduğunu vurğulayıb.

“Uzunömürlü insanların sayının artması pensiya sistemində çətinliklər yaradır ki, bunun da qarşısını almaq üçün insanları qənaətə təşviq etmək lazımdır. Sektorun məhsul çeşidlərini genişləndirməsi və biznes alətlərini təkmilləşdirməsi zəruridir”, – deyə o əlavə edib.

Tədbirdə Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin İcraçı direktoru Elmar Mirsalayev, eləcə də yerli sığorta şirkətlərinin nümayəndələri də iştirak edir.

Seçilən
168
33
banker.az

10Mənbələr