AZ

Ermənistanın KTMT-dən çıxması asan deyil - Mirzoyan

"Ermənistanın KTMT-dən mümkün çıxması ilə bağlı bütün risklər diqqətlə qiymətləndirilməlidir. Əslində bu məsələyə xüsusi diqqət yetirilməlidir".

Ölkə.Az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşavada keçirilən təhlükəsizlik forumunda bildirib.

“Davamlılıq hər şeydən önəmlidir və baş verə biləcək hər hansı bir proses, xüsusən də risk baxımından diqqətlə hesablanmalı və idarə edilməlidir. Bu, asan sual deyil”, - Mirzoyan bildirib.

Mürtəza

Seçilən
19
1
olke.az

2Mənbələr