Azərbaycanın və Türkiyənin tanınmış jurnalistləri arasında 8 noyabr Zəfər Günü münasibətilə futbol üzrə “Qardaşlıq matçı” adlanan yoldaşlıq görüşü keçiriləcək. Bu barədə tədbirin təşkilatçılarından olan Öndər.Tv-nin baş redaktoru Ramil Əliyev məlumat verib. R.Əliyev bildirib ki, qarşılaşma Azərbaycanın Zəfər Günü və Azərbaycan –Türkiyə qardaşlığının daha da möhkəmlənməsinə həsr olunur: “Türkiyənin tanınmış jurnalistləri Azərbaycana 3 günlük səfər gələcəklər. Səfər çərçivəsində bu qarşılaşma baş tutacaq. Yarış oktyabrın 5-də Binəqədi rayonu, 7-ci mikrorayon, Süleyman Sani Axundov küçəsi 27 B ünvanında, “Asfar Group”un stadionunda keçiriləcək. Hər kəs oyunu izləməyə dəvətlidir”.
phrase_var_article.topics
- phrase_var_article.all_categories
- phrase_var_article.politics
- phrase_var_article.economy
- phrase_var_article.society
- phrase_var_article.culture
- phrase_var_article.war
- phrase_var_article.showbiz
- phrase_var_article.sport
- phrase_var_article.criminal
- phrase_var_article.world
- phrase_var_article.interview
- phrase_var_article.interesting
- phrase_var_article.ict
- phrase_var_article.other
- phrase_var_article.education
- phrase_var_article.auto-moto
- phrase_var_article.turizm
- phrase_var_article.analitika
- + phrase_var_article.more - phrase_var_article.less