AZ

Qırmızı dənizdə iki qayıq batdı: 45 miqrant boğuldu

Şərqi Afrika ölkəsi Cibutinin sahillərində miqrantları daşıyan iki qayığın batması nəticəsində 45 nəfər ölüb,100-dən çox adam isə itkin düşüb.

"Cebheinfo.az" xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) bildirib ki, qayıqlar çərşənbə axşamı Yəməndən olan 310 qaçqını Qırmızı dənizdən keçərək təyin olunmamış istiqamətə apararkən batıb.

Cibuti Sahil Mühafizəsi tərəfindən edilən açıqlamada, "Gəmidəki 61 nəfərin hələ də itkin olduğu və axtarışların fasiləsiz olaraq davam etdiyi" bildirilib.

Cibutinin Sahil Mühafizəsi bildirib ki, BMqT tərəfindən dəstəklənən "geniş miqyaslı axtarış" bazar ertəsi səhər saatlarında başlayıb və sağ qalan 115 nəfər xilas edilib.

Sahil Mühafizəsinin bəyanatında deyilir: "Biz itkin düşənləri tapmaq və sağ qalanların təhlükəsizliyini təmin etməkdə qərarlıyıq".

Seçilən
70
cebheinfo.az

1Mənbələr