AZ

Gürcüstanın yeni təhsil, elm və gənclər naziri təyin olunub

Gürcüstanın

Tbilisi, 2 oktyabr, AZƏRTAC

Gürcüstanın yeni təhsil, elm və gənclər naziri təyin olunub.

AZƏRTAC xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze oktyabrın 2-də yeni naziri ictimaiyyətə təqdim edib. Bildirilib ki, bu vəzifəyə 40 yaşlı hüquqşünas Aleksandr Tsuladze təyin olunub.

O, bundan əvvəl təhsil, elm və gənclər nazirinin birinci müavini işləyib.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
10
2
azertag.az

3Mənbələr