AZ

ABŞ-ın Helen qasırğasından zərəri 35 milyard dollara çata bilər

Altı ştatda 160-dan çox insanın ölümünə səbəb olan Helen qasırğasının ABŞ-da iqtisadi itkiləri 35 milyard dollara çata bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Axios portalı Amerika sığorta sənayesinin ekspertlərinə istinadən məlumat yayıb.

Gallagher Re sığorta şirkətinin hesablamalarına görə, qasırğadan minimum itkilər şərti olaraq 20 milyard dollar qiymətləndirilir.
Şirkətin baş elmi eksperti Stiv Bovenin sözlərinə görə, ümumi iqtisadi zərər 35 milyard dollara yaxınlaşa bilər.

“Moody’s Analytics” maliyyə şirkətinin ekspertlərinin fikrincə, “Helen” qasırğasının iqtisadi ziyanı təxminən 34 milyard dollar təşkil edəcək.

Seçilən
15
ucnoqta.az

1Mənbələr