AZ

Mirzoyan KTMT-dən danışdı: Biz bütün riskləri hesablamalıyıq

Ermənistanın KTMT-dən çıxması ilə bağlı bütün riskləri diqqətlə qiymətləndirmək lazımdır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən Varşava Forumunda çıxışı zamanı səslənib.

O vurğulayıb ki, bu məsələdə xüsusi diqqətli olmaq lazımdır.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Ümumdünya Erməni Sammitində çıxışı zamanı ölkənin KTMT ilə münasibətlərdə “geri dönüş nöqtəsinə” yaxınlaşdığını bildirib və təşkilatı “Ermənistanın suverenliyinə təhdidlər yaratmaqda” ittiham edib.

Musavat.com

Seçilən
9
1
musavat.com

2Mənbələr