AZ

Qərbi azərbaycanlıların sülh konsepsiyası: Prezidentin çıxışı qayıdışın kompas rolunu oynayır -ŞƏRH

“2 gün öncə ulu ozanımız Aşıq Ələsgərin heykəlinin açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev bir daha Qərbi Azərbaycan məsələsinə toxunaraq həmin torpaqlara qayıtmağın Qərbi azərbaycanlıların haqqı olduğunu bildirdi. Eyni zamanda cənap Prezident İlhan Əliyev söylədi ki, biz belə bir tədbiri Aşıq Ələsgərin doğulduğu Qərbi Azərbaycanın Ağkilsə kəndində həyata keçirəcəyik”

Bu fikirləri “Sherg.az”a Qərbi Azərbaycana qayıdışla bağlı açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu söyləyib. 

Parlamentari bildirib ki, prezidentin çıxışları Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmaqla bağlı ümidlərini daha da artırıb:

“Nəticə etibarilə tarixi torpaqlarımıza qayıtmaq və doğulduğu yurd yerində yaşamaq hər kəsin hüququdur. Bu beynəlxalq hüquqla təsbit edilən reallıqdır. Qərbi azərbaycanlılar 1987-1901-ci illərdə ermənilərin etnik təmizləmə siyasətinə məruz qaldılar. Onların bütün hüquqları və torpaqlarını əllərindən alındı. Belə olan halda şübhəsiz ki, Qərbi azərbaycanlıların vətəndaş hüququ ilə Ermənistan Respubilikasına qayıtması onların ən real haqqıdır. Düşünürəm ki, Qərbi azərbaycanlıların qayıdışı üçün kompas rolunu oynayan İlham Əliyevin çıxışı qayıdışımızın sülh konsepsiyasını təşkil edir. Ali Baş Komandan vurğuladı ki, Qərbi azərbaycanlılara qarşı son 100 ildə 3 dəfə etnik təmizləmə və deportasiya siyasəti aparılıb. Son 100 il isə Ermənistan dövlətçiliyinin tarixi deməkdir. 1918-ci ildə ermənilər dövlət qurar-qurmaz azərbaycanlıları öz ata-baba yurdlarından didərgin saldılar. İlham Əliyevin qeyd etdiyi kimi Aşıq Ələsgərdə 97 yaşında öz yurdunu tərk etmək məcburiyyətində qalıb. Amma o, 3 il Kəlbəcərdə yaşadıqdan sonra yenidən Qərbi Azərbaycana qayıda bilir. 97 yaşlı sənətkarımızın bu əzmi bu gün öz tarixi torpaqlarına qayıtmaq istəyən Qərbi azərbaycanlılar üçün bir nümunədir. Həmçinin İlham Əliyev bildirdi ki, l, II etnik təmizləmədən sonra tarixi torpaqlarımıza qayıtdığımız kimi lll etnik təmizləmə siyasətindən sonra da yenidən geri dönəcəyik. Hesab edirəm ki, İlham Əliyevin dediklərinin hər biri bir reallıqdır. Çünki Prezident İlham Əliyev söylədi ki, biz yaxınmüddətli və uzunmüddətli planlar qururuq və qeyri-real heç nəyi həmin planlara daxil etmirik. Ona görə də Qərbi azərbaycanlılar əmindir ki, Qarabağa qayıtdığımız kimi həmin torpaqlara da gedəcəyik”.
phrase_var_article.chosen
63
sherg.az

1phrase_var_article.sources