AZ

İsrail BMT baş katibini "persona-non-grata" elan etdi

 
"Bu, Birləşmiş Millətlər Təşkilatının tarixində ləkə olaraq qalacaq..."
 
Birləşmiş Millətlər Təşkilatının baş katibi Antoniu Quterriş İsraildə "persona-non-grata" elan edilib. Ona ölkə ərazisinə giriş qadağan edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə İsrail xarici işlər naziri İsrael Kats bəyan edib. Məlumatı "topwar.ru" nəşri yayıb.
 
"İranın İsrailə iyrənc hücumunu, demək olar ki, dünyanın bütün ölkələrinin etdiyi kimi, qeyd-şərtsiz pisləyə bilməyən kəs İsrail torpağına ayaq basmağa layiq deyil", - o, "X" sosial şəbəkəsində yazıb.
 
Kats vurğulayıb ki, bu həmin baş katibdir ki, indiyədək HƏMAS qatillərinin oktyabrın 7-də törətdiyi qətliamı və seksual vəhşilikləri pisləməyib.
 
O, həmin baş katibdir ki, HƏMAS, "Hizbullah", husilər, indi isə dünya terrorunun vətəni İran terrorçuları, cinayətkarları və qatillərini dəstəkləyir, onların terrorçu təşkilat kimi tanınması üçün qərarların qəbul edilməsinə kömək etməyib. Bu, BMT-nin tarixində ləkə olaraq qalacaq.
 
O, həmçinin ölkəsinin milli maraqlarını qorumaqda davam edəcəyini vəd edib:
 
"İsrail öz vətəndaşlarını müdafiə etməkdə, öz statusunu və milli şərəfini Antoniu Qurerrişlə və ya o olmadan qoruyub saxlamaqda davam edəvək", - İsrail XİN rəhbəri vəd edib.
 
Qeyd edək ki, İsrail diplomatlarının hiddətinə səbəb Antoniu Qutterişin adından sosial şəbəkələrdə dərc edilən post olub. Burada o, Yaxın Şərqdə tezliklə atəşkəsə çağırış edərək, nə İranı, nə də İsraili xatırladıb.
Seçilən
5
moderator.az

1Mənbələr