AZ

Fəzail Ağamalının yeni deputat seçilən qızı danışdı: "Bu işləri görəcəm..." 

Xəbər verdiyimiz kimi,  VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il payız sessiyasının ilk plenar iclası keçirilib.

Sessiyanın ilk iclasında yeni seçilmiş VII çağırış Milli Məclisin üzvlərinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən vəsiqələr təqdim edilib və iclasın gündəliyində 17 məsələnin müzakirə olunacağı bildirilib. 

Referans.az -a 60 saylı Salyan-Neftçala seçki dairəsinin sabiq deputatı Fəzail Ağamalının qızı, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən millət vəkili seçilən Günay Ağamalı danışıb.

Xanım deputat saytımıza Parlamentdəki gələcək fəaliyyətindən, işıqlandıracağı problemlərdən və görəcəyi işlərdən söz açıb: 

"Milli Məclisin deputatı kimi üzv olduğum Ailə, qadın və uşaq məsələləri komitəsi, həmçinin İctimai birliklər və dini qurumlar komitəsində, plenar yığıncaqda təqdim edilən qanun layihələrinin müzakirələrində fəal iştirak etməyə çalışacağam".

Günay Ağamalı qeyd edib ki, yalnız üzv olduğu komitələrdə fəal iştrak etməklə kifayətlənməyəcək, eyni zamanda zəruri hesab etdiyi və cəmiyyətimizdə öz aktuallığı ilə fəqlənən, sosial sifarişə çevrilən məsələlərin də qanunvericilik çərçivəsində həll olunması təşəbbüslərində olacaq. 

Şəlalə Babayeva  

Seçilən
62
referans.az

1Mənbələr