AZ

İsrail ordusu Livanın cənubunda şiddətli döyüşlər aparır

İsrail Müdafiə Qüvvələri oktyabrın 2-də Livanın cənubunda "ağır döyüşlər" olduğunu elan edib və bölgə sakinlərini Litani çayının cənubundakı ərazilərə getməməyə çağırıb.

Herbiand.az xəbər verir ki, bundan bir qədər əvvəl Hizbullah hərəkatı İsrailin Livanda hərbi əməliyyatı başlayandan bəri ölkənin cənubunda Odais kəndi yaxınlığında İsrail hərbçiləri ilə ilk toqquşma barədə məlumat vermişdi. Hizbullah iddia edir ki, hərəkatın döyüşçüləri israillilərə itki verib və onları geri çəkilməyə məcbur edib.

Bundan əlavə, onlar İsrailin şimalındakı Misgav Am bölgəsində İsrail qoşunlarının böyük bir konsentrasiyasına raket və artilleriya zərbəsi endirdiklərini və daha üç yerdə İsrail ordusunun mövqelərinə raket zərbələri endirdiklərini açıqladılar.

İsrail komandanlığının məlumatına görə, çərşənbə günü səhər Livandan İsrailə 50 raket atılıb. Sakinlərinin əksəriyyətinin təxliyyə edildiyi Metula kəndində 10 evə ziyan dəyib.

Seçilən
108
50
herbiand.az

10Mənbələr