Bakı, 2 oktyabr, AZƏRTAC
Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA - İAP) 29-cu İllik Konfransı və Ümumi Yığıncağı uğurla başa çatıb. Biz konfrans müddətində çox mənalı söhbətlər apardıq və qanunun aliliyinin qorunmasında prokurorların rolunu qeyd etdik. Biz prokurorlar ədalət naminə çalışırıq.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev BPAS-nın 29-cu İllik Konfransının və Ümumi Yığıncağının bağlanış mərasimində çıxış edərkən deyib.
K. Əliyev qeyd edib ki, konfransda müzakirələr müxtəlif məsələlərə həsr olundu: "Biz bilirik ki, qarşılıqlı əlaqələrdən çox şey asılıdır. Artan çağırışlar qarşısında qanunun aliliyin qorunması üçün hüquqi münasibətlərimizi daha sıx şəkildə qurmalıyıq. Biz dostluq və əməkdaşlıq ruhunda qalib gələ bilərik. Fərəh hissi ilə qeyd edirik ki, Azərbaycan qanunun aliliyinə həm yerli, həm də beynəlxalq səviyyədə töhfələr verib",- deyə K. Əliyev vurğulayıb.