AZ

“Bank of Baku”da yeni təyinat

Özal Talıblı Seyfəddin oğlu “Bank of Baku”nun Xəzinədarlıq departamentinin direktoru vəzifəsinə təyin olunub.

Özal Talıblı 2009-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İqtisadiyyat ixtisası üzrə bakalavr təhsili alıb. Daha sonra təhsilini Vyanada “Webster” Universitetində davam etdirərək maliyyə üzrə magistr dərəcəsini əldə edib.

Özal Talıblı 10 ilə yaxın professional iş təcrübəsinə sahibdir. 

Peşəkar karyeraya 2015-ci ildə Mərkəzi Bankda başlayıb və 2018-ci ilə qədər burada çalışıb. 

2018-2020-ci illərdə iş fəaliyyətini “PAŞA Sığorta” şirkətində Analitik və İnvestisiyaların İdarə Edilməsi Xidmətinin rəhbəri kimi davam etdirib.

Daha sonra 3 il müddətində “PAŞA Həyat Sığorta”da İnvestisiya bölməsinin rəhbəri olaraq çalışıb. 

Özal Talıblı “Bank of Baku”dakı təyinatına qədər “Azerpoçt” MMC-də Xəzinədarlıq departamentinin rəhbəri vəzifəsini yerinə yetirib.

Onu da qeyd edək ki, Özal Talıblı Azərbaycan Dövlət İqtisad Universitetində və Bakı Mühəndislik Universitetində pedaqoji fəaliyyətlə də məşğul olub.

 

Seçilən
82
50
banker.az

10Mənbələr