“Mançester Siti”nin futbolçusu Mateus Nunyes telefon oğurladığı üçün həbs edilib.
İdmanxeber.az-ın məlumatına görə, hadisə gecə klublarının birində baş verib. O, tanımadığı bir kişinin telefonunu əlindən alıb. Buna səbəb həmin şəxsin oyunçunun şəklini çəkmək istəməsi olub
Zərərçəkmiş polisə müraciət edib və futbolçu hüquq mühafizə orqanları tərəfindən saxlanıb. Futbolçu daha sonra zaminə buraxılıb.