AZ

Dünyaşöhrətli azərbaycanlı alim: Qarabağ Universiteti ilə bağlı böyük planlarımız var

Dünyaşöhrətli

Bakı, 2 oktyabr, AZƏRTAC

Qarabağ Universiteti ilə bağlı böyük planlarımız var. Yəqin ki, bu barədə müəyyən vaxt keçdikdən sonra məlumat veriləcək.

AZƏRTAC xəbər verir ki, bunu Almaniyanın Münxen şəhərində yerləşən Helmholtz Elmi-Tədqiqat Mərkəzinin Dinamik sistemlər şöbəsinin müdiri, “Humboldt” mükafatı alan ilk azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru professor Məsud Əfəndiyev söyləyib.

“Sentyabr ayında keçirilmiş Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu çərçivəsində Şuşa və Xankəndi şəhərlərinə səfər təşkil edildi. Səfərin məqsədi işğaldan azad edilmiş ərazilərin bərpası prosesində alimlərimizin bilik və təcrübəsindən yararlanmaq olub. Qarabağ Universitetinin müəllim heyəti ilə müzakirələr aparıldı. Biz Qarabağ Universitetinin rektoru ilə görüşdük, onunla birlikdə Şuşada ziyalılarla söhbət etdik. Həmin gün hər birimiz üçün unudulmaz, gözəl xatirəyə çevrildi”, - deyə alim bildirib.

Seçilən
8
azertag.az

1Mənbələr