Oktyabrın 4-də, saat 11:00-da AFFA-nın inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.
Msport.az xəbər verir ki, tədbirdə yığmanın UEFA Millətlər Liqası çərçivəsində Estoniya və Slovakiya yığmaları ilə oyunlar üçün heyəti açıqlanacaq.
Qeyd edək ki, oktyabrın 11-də Tallində Estoniyanın qonağı olacaq komanda oktyabrın 14-də Bakıda Slovakiyanı qəbul edəcək.