AZ

Millimizin heyəti nə vaxt açıqlanacaq?

Azərbaycan millisinin heyətinin açıqlanacağı vaxt bəlli olub.

İdman.biz xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Oktyabrın 4-də, saat 11:00-da AFFA-nın inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək. Mətbuat konfransında milli komandamızın UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 11-də Estoniya və oktyabrın 14-də Slovakiya yığmaları ilə oyunlar üçün heyəti açıqlanacaq.

Qeyd edək ki, yığmamız Estoniya ilə Tallində, Slovakiya ilə Bakıda qarşılaşacaq.

İdman.biz

Seçilən
12
2
idman.biz

3Mənbələr