AZ

Nazir müavini: Azərbaycan startapları 2,2 milyon dollar investisiya cəlb edib

Azərbaycanda startapların maliyyə resurslarına çıxış imkanları genişləndirilib.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan İnnovasiya Mərkəzinin açılış mərasimində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.

O, qeyd edib ki, “Caucasus Ventures” vençur kapital fondunun təsis edilməsi bu sahədə müstəsna rol oynayıb:

"Fond indiyədək 19 startapa 1,5 milyon ABŞ dolları dəyərində investisiya edib. Onu da qeyd edim ki, son bir il ərzində Azərbaycan startapları 2,2 milyon dollar investisiya cəlb edə biliblər".

Seçilən
7
5
apa.az

6Mənbələr