Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Motodrom yaşayış massivi baxımsız qalıb. Yolları bərbad günə salıblar, aidiyyatı qurumlar şikayətlərə baxmır. Şahin deyilən şirkərt rəhbəri ölkə rəhbərliyinin adından istifadə edib yolları dağıdıb. Bütün bunları sözügedən yaşayış massivində 30 ildir məskunlaşan şikayətçilər deyirlər.
Azia.az-n qaynar xərttinə Binəqədi rayonu Biləcəri qəsəbəsi, Motodrom yaşayış massivində məskunlaşan bir qrup sakin tərəfində müraciət daxil olub. Sakinlərin xahişi ilə əraziyə ezam olunan əməkdaşımız problemi yerindəcə araşdırmağa çalışıb.
Sakinlər bildirir: “3 aya yaxındır yolumuzu qazıb bərbad vəziyyətə salıblar. Əslində bu yolu biz sakinlər düzəltmişdik. Suyumuzu, qazımızı, konalizasiya və digər kommunikasiya işlərini özümüz eləmişik. İndi isə adını bilmədiyimiz şirkərt peyda olub. Yolu qazıb iri diametrli kabellər aparırlar. Qoyduqları dərin lükların ağzı açıq qalıb. Hər lükda bir ölüm təhlükəsi var. Bura hər kəs düşə bilər. Bizim yaşamağımız qalıb Allah umuduna. Şirkət deyilən qurumun işçiləri bir gün gəlir, beş gün gəlmir. İcraçı mühəndisin adı Bəxtiyardır. Sakinlərə özünü bu adla təqdim edib. Onlar deyir ki, “Azərişıq” ASC-nin layihəsidir”.
Daha sonra şikayətçilər adından Zərgül Əliyeva danışır: “Bu küçədə iki şəhidimizin ailəsi yaşayır. Bizə hörmət qoymurlar, razılaşırıq, heç olmasa bu şəhid ailələrinə hörmət qoysunlar, ayıbdır. Uşaqlarımız, ağsaqqal və yaşlılarımız küçə ilə gedib-gələ bilmirlər. Su xəttini də sındırıblar. Sizdən xahiş edirik bizim problemlərimizi işıalandırasınız. Dəfələrlə İcra hakimiyyətinə, Xocaəsən bələdiyyəsinə müraciət etsək də bir nəticəsi olmayıb”.
Çəkilən şəkillərdən də görünür ki, yollar bərbad, lükların ağzı açıqdır.
Redaksiya olaraq yazını tədbir görülməsi üçün “Azərişıq” ASC-yə, Binəqədi rayon icra hakimiyyətinə ünvanlayırıq.
Azia.az bloqunun araşdırma qrupu