AZ

Niyazi Bayramov Cenevrədə BMT-nin Sammitində iştirak edib - FOTOLAR

30 sentyabr - 01 oktyabr 2024-cü il tarixlərdə İsveçrənin Cenevrə şəhərində BMT-nin  Merlərin Forumu - Gələcəyin Şəhərlər Sammiti keçirilib. Forumda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da iştirak edib.

"Unikal" xəbər verir ki, Niyazi Bayramov çıxışında Gəncə şəhərinin sosial, iqtisadi inkişafından bəhs edərək, Gəncənin Azərbaycanın Avropa İnkişaf və Yenidənqurma Bankının “Yaşıl Şəhərlər” proqramına qoşulan ilk və yeganə şəhər olduğunu bildirib. Qeyd olunan layihələrlə bağlı sənəd 2020-ci ildə imzalanıb və  ilkin olaraq 3 prioritet istiqamət müəyyən edilib: bərk məişət tullantılarının idarə edilməsi, küçə işıqlandırma sistemlərinin və ictimai nəqliyyatın yenilənməsi.

Niyazi Bayramov əlavə edib ki, hazırda proqram çərçivəsində bərk məişət tullantılarının idarə edilməsi, eləcə də şəhərin küçə işıqlandırma sisteminin yenilənməsi işləri davam etdirilir. Layihələr çərçivəsində şəhərdə “yaşıl ərazilərin” artırılması, nəqliyyat infrastrukturunun səmərəliliyinin artırılması və alternativ enerji mənbələrindən istifadə etməklə dayanıqlı şəhər infrastrukturunun yaxşılaşdırılması istiqamətində planlı işlərin həyata keçirilməsinin də nəzərdə tutulduğunu forum iştirakçılarının diqqətinə çatdırıb.

Forumda iştirak edən merlər “Gələcək üçün Pakt”ın seqmentləri üzrə yerli hakimiyyət orqanlarının gücləndirilməsi istiqamətində ətraflı müzakirələr aparıblar.

Qeyd edək ki, forumun əsas məqsədi şəhər rəhbərləri arasında fikir mübadilələri aparmaq, ən yaxşı təcrübələri paylaşmaq, şəhərin inkişafı, davamlılıq və idarəetmə ilə bağlı ümumi problemləri bildirmək, Komitənin işinə dəstək olmaq, şəbəkələşmiş və inklüziv çoxtərəfli sistemin yerli, regional və qlobal səviyyədə inkişafına uyğun və vahid töhfələr verməkdir.

Seçilən
77
4
unikal.az

5Mənbələr