AZ

Şəhidin ailəsindən duyğulandıran sözlər: "Ermənilərin o qədər tanklarını məhv etmişdi ki" - VİDEO

Baku TV Vətən müharibəsi şəhidi Elməddin Babayev haqqında reportaj hazırlayıb.
 
Gizir Elməddin Babayev Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüş əməliyyatları zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.
 
Şəhidin oğlu Asif Babazadə atası ilə fəxr etdiyini söyləyərək qeyd edib ki, Elməddin Babayev müharibəyə getməzdən əvvəl ailəni ona tapşırıb.
 
Şəhidin atası Cəfərqulu Babayev isə oğlu ilə son görüşünü xatırlayıb:
 
"Müharibənin başlamasından bir gün əvvəl gəlmişdi. Bizimlə görüşdü, o gedən getdi. Elməddin tank komandiri idi. Döyüşlərdə xeyli düşmən tankı məhv etmişdi. Sentyabrın 29-da axşamüstü mənə zəng etdi. Uşaqları tapşırıb dedi ki, özünüzdən muğayat olun".
 
Daha ətraflı Baku TV-nin süjetində:

 

 

 

Seçilən
4
moderator.az

1Mənbələr