Xəbər verdiyimiz kimi, müğənni Kamilə Nəbiyevanın dünən İsmayıllıda toyu olub.
Axşam.az-ın məlumatına görə, məclisdə ifaçının bir çox sənət dostları da yer alıblar. Onlar arasında Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, xanəndə Mirələm Mirələmov da yer alıb.
Gecədə Mirələm muğam səsləndirib. Həmin an Kamilə də mikrofonu götürərək həyat yoldaşı üçün muğam oxuyub.
Qeyd edək ki, Kamilə prodüser Pərvin Fətəliyevlə ailə qurub. Cütlüyün nikahı ötən həftə olub. Kamilə və Pərvinin növbəti toyu oktyabrın 7-də Bakıda olacaq.