AZ

Azərbaycandakı innovasiya mərkəzi iştirakçılarına unikal imkanlar təqdim edəcək

Bakı. Trend:

Azərbaycandakı innovasiya mərkəzi iştirakçılarına unikalimkanlar təqdim edəcək.

Trend xəbər verir ki, bubarədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müaviniSamir Məmmədov Azərbaycanda ilk innovasiya mərkəzinin açılışızamanı bildirib.

"İnnovasiya mərkəzində startaplar inkubasiya və akselerasiyaproqramlarında iştirak edə, investorlarla görüşə, tərəfdaşlıqlarqura və layihələrini təqdim edə biləcəklər. Mərkəz, həmçinin,texnoloji icmalara tədbirlər keçirmək üçün mühit təqdim edəcək ki,bu da onların daha səmərəli inkişaf etməsinə, təcrübə, fikir vəbilik mübadiləsi aparmalarına imkan yaradacaq", - S.Məmmədov qeydedib.

O, mərkəzin Azərbaycan dövləti ilə işləmək istəyən yerli vəxarici şirkətlər üçün sərfəli icarə şərtləri və digər üstünlüklərtəqdim etdiyini əlavə edib.

"Bu, mərkəzi yalnız yerli startaplar üçün deyil, eyni zamanda,beynəlxalq şirkətlər üçün də cəlbedici edir və Azərbaycanınperspektivli bazar kimi qiymətləndirilməsinə imkan yaradır", -nazir müavini vurğulayıb.

Xatırladaq ki, yaxın gələcəkdə Sumqayıt və Gəncə şəhərlərində dəoxşar mərkəzlərin açılması planlaşdırılır.

Seçilən
37
az.trend.az

1Mənbələr