AZ

AŞPA sağlam təklifə yenə məhəl qoymadı - Azərbaycanqiyabi “mühakimə olunacaq”...

Image

Yadigar Məmmədli: “Bu o deməkdir ki, AŞPA ölkəmizlə münasibətlərin daha da dramatikləşməsində maraqlıdır

Avropa Şurası Parlament Assambleyası son iclasında təşkilatın oktyabrın 4-dək davam edəcək payız sessiyası üçün yekun gündəliyini təsdiq edib. Gündəliyə “Azərbaycanda insan haqları, qanunun aliliyi və demokratiya ilə bağlı vəziyyət barədə” məsələ də daxil edilib. 

AŞPA deputatları gündəliyin bu bəndi ilə bağlı ilkin müzakirə keçiriblər. Müzakirə zamanı bəzi AŞPA üzvləri, o cümlədən Gürcüstan nümayəndəsi Givi Mikanadze, Serbiya nümayəndə heyətinin üzvü Elvira Kovaç, Türkiyə nümayəndəsi Zeynep Yıldız bu məsələnin müzakirəsinin məqsədəuyğunluğunu şübhə altına alıblar. Mikanadze bildirib ki, Azərbaycan nümayəndələri olmadan Azərbaycanın məsələsinin müzakirə olunması düzgün sayılmamalıdır. O, vəziyyətin müzakirə olunması üçün yenicə seçilmiş Azərbaycan parlamentinin yeni heyəti ilə birbaşa kommunikasiya qurulmasını təklif edib. Lakin AŞPA qərəzli mövqedən çıxış edərək Mikanadze və digər deputatlarının rəyini nəzərə almayıb. Bunun özü qurumun Azərbaycana qarşı nə qədər qərəzli olduğunu bir daha ortaya qoyur.

“O üzdən, bütün körpüləri yandırırlar”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən media eksperti Yadigar Məmmədlinin fikrincə, AŞPA-nın belə qərəzli mövqedən çıxış edəcəyi gözlənilən idi: “Çünki neçə vaxtdır ölkəmizə qarşı qaralama kampaniyası aparılır. Sanki AŞPA bütün dünyada problemləri həll edib bircə Azərbaycan qalıb. Guya bunlar Azərbaycandakı vəziyyəti müzakirə edəcəklər. Hesab edirəm ki, bu, tamamilə absurd məsələdir. Haqlı olaraq Gürcüstan, Türkiyə, Serbiya nümayəndələri müzakirələrə qarşı olsalar da, onların rəyi nəzərə alınmadı. Niyə? Ona görə ki, AŞPA Azərbaycanla kompromislərdə maraqlı deyildi. Halbuki, Azərbaycanda yeni parlament formalaşıb. Ən azından Azərbaycanda yeni parlament formalaşdığı üçün bu kimi amillər nəzərə alınmalı idi. Ancaq məqsəd Azərbaycanı hədəf almaq olduğundan, AŞPA bu yöndə çağırışları görməzdən gəldi. Çünki AŞPA Azərbaycanla münasibətlərin daha da dramatikləşməsində maraqlıdır. O üzdən, bütün körpüləri yandırırlar. Zatən münasibətlər gərgindir. Məsələ ondadır ki, bu ilin əvvəlində AŞPA Azərbaycan nümayəndə heyyətinin mandatını qəbul etməyib. Belə bir şəraitdə oktyabrın 4-də Azərbaycanla bağlı müzakirələrin gündəliyə salınması məqsədyönlü qərəzli münasibətdən irəli gəlir. Bununla qurum göstərir ki, Azərbaycanla münasibətləri normallaşdırmaqda maraqlı deyil. Görünən odur ki, AŞPA bəyan etdiyi siyasi dəyərləri qrup maraqlarına qurban verir. Azərbaycanla sağlam münasibətlərin qurulmasından imtina edir. Hesab edirəm ki, bundan itirən tərəf AŞPA olacaq”.

Vidadi ORDAHALLI





phrase_var_article.chosen
124
baki-xeber.com

1phrase_var_article.sources