AZ

“Samsung” bütün dünyada minlərlə əməkdaşını işdən çıxarır


“Samsung Electronics” Cənubi Koreyadan kənarda işçi qüvvəsinin 10%-ni ixtisar etməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, ixtisarlar ilk növbədə şirkətin Avstraliya, Yeni Zelandiya və Cənub-Şərqi Asiyada fəaliyyət göstərən ofislərinə təsir edəcək.
Bildirilir ki, hər regionda ixtisarların sayı fərqli olacaq, lakin bəzi hallarda bu, ümumi işçi qüvvəsinin 10%-nə çatacaq.
Cənubi Koreyada işçilərin ixtisarı olmayacaq. Buna səbəb son vaxtlar şirkətin həmkarlar ittifaqları ilə münasibətlərinin kəskinləşməsidir.
“Samsung Electronics”in bütün dünyada 267 min 800-dən çox işçisi var. Onların yarıdan çoxu (təxminən 147 mini) Cənubi Koreyadan kənarda yaşayır.
Şirkət nümayəndələrinin sözlərinə görə, ixtisarlar təşkilati strukturun optimallaşdırılması çərçivəsində aparılacaq.
Qeyd edək ki, şirkət bu yaxınlarda Hindistanda və bəzi Latın Amerikası ölkələrində işçilərini ixtisar edib. Burada da ixitsarlar ümumi işçi qüvvəsinin 10%-ni əhatə edib.
Seçilən
514
yeniavaz.com

1Mənbələr