AFFA-nın inzibati binasında Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.
Fanat.Az xəbər verir ki, məlumatı AFFA-nın rəsmi saytı yayıb.
Mətbuat konfransında yığmanın UEFA Millətlər Liqasında oktyabrın 11-də Tallində Estoniya və 14-də Bakıda Slovakiya seçmələri ilə oyunlar üçün heyəti açıqlanacaq.
Mətbuat konfransı oktyabrın 4-də, saat 11:00-da keçiriləcək.