"OPEC+" neft hasilatının həddindən artıq istehsalını kompensasiya etmək üçün cədvələ düzəliş edə bilər.
İqtisadiyyat.az bu barədə TASS-a istinadən xəbər verir.
Hazırkı cədvələ əsasən, İraq neft hasilatının sutkada 1,44 milyon, Qazaxıstan 699 min barel, Rusiya isə sutkada 480 min barel azaldılmasını kompensasiya etməli olacaq. Kompensasiya müddəti 2025-ci ilin sentyabr ayına qədər davam edəcək.
Qeyd edək ki, "OPEC+" Monitorinq Komitəsinin hazırda videokonfrans vasitəsilə iclası keçirilir.
Bütün "OPEC+" razılaşmalarına uyğun olaraq neft hasilatını azaltmayan ölkələr arasında İraq, Qazaxıstan və Rusiya var.
Gözəl Həşimova