AZ

Dövlət Komissiyasının katibi: İkili standartlar və cəzasızlıq humanitar böhranların dərinləşməsinə açıq şərait yaradır

“Son illərdə insanların itkin düşməsinə səbəb olan başlıca amil silahlı münaqişələrdir. Əlbəttə, insanlar təbii fəlakətlət nəticəsində də itkin düşə bilər”.

APA xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Qəzənfər Əhmədov “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransın bağlanış sessiyasında deyib.

O bildirib ki, insanlığın bütün bu iztirab əzablardan qurtulmasının yalnız bir yolu var, o da zorakı itkin düşmələrin qarşısının alinması və bunun baş verməməsi üçün səylərin birləşdirilməsidir: “Yerli və beynəlxalq xarakter daşımasından asılı olmayaraq, istənilən silahlı münaqişə insanların itkin düşməsinə və həyatını itirməsinə səbəb olur, ağır humanitar böhran yaradır. XXI əsrdə yaşamağımıza baxmayaraq, silahlı münaqişə tərəflərinin hamılıqla qəbul edilmiş beynəlxalq humanitar hüquq normalarına əməl etməməsi, müharibə cinayətlərinin adi hal alması, mülki insanların qorunmaması, bir çox hallarda bilərəkdən hədəfə çevrilməsi, humanitar məsələlərin siyasiləşdirilməsi, ikili standartlar və cəzasızlıq mühiti təəssüf doğurur ve humanitar böhranların dərinləşməsinə açıq şərait yaradır. Hesab edirik ki, bunun üçün dünyada yeni çağırışlara, yeni səylərə, konsepsiyalara və yanaşmalara ciddi ehtiyac var”.

Seçilən
79
apa.az

1Mənbələr