AZ

"Mançester Yunayted"in baş məşqçisi mümkün istefası haqda danışdı

style='margin-bottom:10px;'>

“Mançester Yunayted”in baş məşqçisi Erik Ten Haq mümkün istefası haqda danışıb.

QOL.az xəbər verir ki, o, “Sky Sports”a açıqlamasında deyib: “Mən bu barədə düşünmürəm, narahat deyiləm. Biz bu yay rəhbərliklə birlik yaratdıq. Bu razılaşmanı etdik və həmişə bunun arxasındaydıq. Bilirik ki, strategiyamız gənc oyunçuları heyətə cəlb etməkdir. Rəhbərlik bilir ki, mənim son 6 mövsümümdə həmişə kuboklar olub. Bu isə bizim məqsədimizdir. Karyeram ərzində sübut etmişəm ki, mən həmişə qazanacam. Son 6 ildə 8 kubokum var”. 

Qeyd edək ki, ötən mövsüm “Mançester Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində 8-ci yeri tutaraq klub tarixinin ən pis nəticəsini göstərib. 

Seçilən
73
1
teleqraf.com

1Mənbələr