AZ

Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Bakı. Trend:

Oktyabrın 7-də Moskvada MDB Xarici İşlər Nazirləri Şurasınıniclası keçiriləcək.

Trend xəbərverir ki, bunu brifinq zamanı Rusiyanın Xarici İşlər Nazirliyininrəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, iclas Rusiyanın xarici işlər naziri SergeyLavrovun sədrliyi ilə keçiriləcək. İclasda Rusiyanın 2024-cü ildətəşkilata sədrliyi çərçivəsində birgə görülən işlərin ilkinnəticələrinə yekun vurulacaq.

"Böyük Vətən müharibəsində Qələbənin 80 illik yubileyininhazırlanması və qeyd olunmasına xüsusi diqqət yetiriləcək”, - deyəM.Zaxarova əlavə edib.

Məqalədə:
Seçilən
34
2
az.trend.az

1Mənbələr