Ermənistanda hökumət əleyhinə mitinq başlayıb.
APA xəbər verir ki, mitinq paytaxt İrəvanın “Respublika” meydanında keçirilir.
Aksiyaya “Müqəddəs hərəkat”ın lideri, keşiş Baqrat Qalstanyan liderlik edir.
Meydanın ətrafında polis və təhlükəsizlik qüvvələri yerləşdirilib.