AZ

Gözəllik salonunda işləyən 23 yaşlı gənc qız sevgilisinin evində ÖLÜ TAPILDI

Türkiyənin Antalya şəhərində gözəllik salonunda işləyən 23 yaşlı Zehra Gün dünən axşam getdiyi sevgilisinin evində ölü tapılıb.

Medianews.az xəbər verir ki, 23 yaşlı gənc qızın meyitini onun rəfiqəsi tapıb.

Səhər iş yerini açmaq üçün tez oyanan rəfiqəsi Zehra Günü oyatmağa çalışan zaman onun hərəkətsiz halda olduğunu görüb. Rəfiqəsi təcili yardıma zəng edərək kömək istəyib.

Rəfiqəsinin xəbərdarlığından sonra hadisə yerinə təcili yardım və polis gəlib. Təcili yardımın müayinəsi zamanı Zehra Günün həyatını itirdiyi müəyyən edilib. Bədənində heç bir yara izi olmadığı təsbit edilən Zəhra Günün cəsədi ekspertiza üçün Antalya Ədli Tibb Qurumuna göndərilib.

Zehra Günün sevgilisi ilk ifadəsində gecə birlikdə içki içdiklərini, lakin səhər oyananda rəfiqəsi ilə birlikdə onu oyada bilmədiklərini deyib.

Faktla bağlı araşdırmalar davam edir.

Medianews.az

23

23

Seçilən
69
medianews.az

1Mənbələr