Şəkidə avtomobil piyadanı vurub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, oktyabrın 2-də saat 18 radələrində Mingəçevir şəhərində Əlzamin Quliyev idarə etdiyi “Lada Vesta” markalı avtomobillə yolu keçən piyada, 1954-cü il təvəllüdlü Xalid Məmmədovu vurub.
Piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.